Çinli tədqiqatçılar "Kurtlar vadisi"nin aktrisasının cavan qalmasının sirrini araşdıracaq

img

31-08-2023 [16:20]


Çinin Xiamen Universitetinin tədqiqatçıları 51 yaşlı türkiyəli aktrisa və müğənnni Defne Samyelinin cavan qalmasının sirrlərini araşdıracaqlar.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çinin Xiamen Universitetinin genetika sahəsində çalışan bir qrup tədqiqatçı dünyada genetik mənşə və dəri gəncliyi ilə bağlı araşdırmaya Türkiyədən olan Defne Samyelinin adını da daxil ediblər.

Məlumata görə, artıq universitetdən aktrisaya dəvət də gəlib: "Onlar aktrisadan 4 min nəfərin iştirak edəcəyi konfransa qatılaraq məruzə ilə çıxış etməyi istəyiblər".

Faktı təsdiq edən "Kurtlar Vadisi Pusu" serialında mühafizə şirkətinin sahibi "Zeynəb" obrazını canlandıran aktrisa deyib ki, 4 min nəfərin qarşısında cavan qalmasının sirrlərindən danışmaq onun üçün qürurverici olacaq: "Bəli, Pekinə gedəcəyəm, orada həm genetika, həm də dəri üzərində çalışan tədqiqatçılarla görüşəcəyəm, konfransda çıxış edəcəyəm".

Ləman

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR