Türk aktrisa və aktyor beynəlxalq film festivalında mükafat qazanıblar

img

31-08-2023 [10:05]


"Kurt Seyit və Şura", Mesumlar Apartmanı", "Bergen" və son olaraq "Bihter" filmində rol alan türkiyəli aktrisa Farah Zeynep Abdullah 80-ci Venesiya Film Festivalında "Ən Yaxşı Qadın Oyunçu" Mükafatına layiq görülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyanın ən böyük media şirkətlərindən biri olan "Mediaset's Canal 5"də yayımlanan "Kurt Seyit və Şura"da "Şura" obrazı ilə xaricdə geniş pərəstişkar kütləsi toplayan Abdullah bu müafata görə çox sevincli olduğunu ifadə edib.

Venesiya Beynəlxalq Film Festivalının rəsmi tərəfdaşı olan "Premio Kinéo" Fərəh Zeynep Abdullahın "Kurt Seyit ve Şura"dakı rolunun mükafatı qazanmasında əsas rol oynadığını bəyan edib.

Onunla yanaşı, Kıvanç Tatlıtuğ da eyni serialdakı roluna görə "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.

"İki Şəfəq Arasında" filmi ilə beynəlxalq festivallarda bir çox mükafatlar qazanan Selman Nacarının daha bir filmi - "Tərəddüd xətti" də 80-ci Venesiya Film Festivalının rəsmi müsabiqə seçiminə qəbul edilib. 

Dünən başlayan 80-ci Venesiya Film Festivalı sentyabrın 9-da mükafatlaırn tıqdim olunması ilə yükunlaşacaq.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR