Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-08-2023 [00:02]
Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yarana bilər. Çətinliklər ciddidir. Təslim olmayın, geri çəkilməyin. Əhvalınız pisləşə bilər. Bədbinləşməyin, işlərə marağınız itməsin. Başladığınız işi yarımçıq qoymaq çox pis olardı. Əzmli və inadkar olun, şəraitə boyun əyməyin.
Günün ikinci yarısında dostların və tanışların sizləri dəstəkləməsi müsbət haldır. Bu dəstək sözdə deyil. Müraciət edən kimi real yardım alacaqsınız. Zərərli vərdişlərdən əl çəkməyə başlayın. Axşam saatları normal istirahət üçün münasibdir.
Buğa - günün ilk yarısında aktiv çalışın. Süstlük və tənbəllik etməyin. Səy göstərməli, çox işləməlisiniz. Dayanmayın. Mürəkkəb işi başa çatdırmaq zamanıdır. Həmin prosesi bitəndən sonra bir qədər dincəlmək, mükafat və ya ödəniş almaq olar.
Günün ikinci yarısı pis keçməyəcək. Uğurlu təsadüflər, xoş tanışlıqlar və maraqlı görüşlər istisna deyil. Dəvət aldığınız tədbirə axşam saatlarında yollanın. Niyyətlərinizdən birini gerçəkləşdirməkdə sizə kömək edəcək insanla qarşılaşacaqsınız.
Əkizlər - günün ilk yarısında çətin və müşkül işlər az olmayacaq. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri zəifləyəcək. Ruhdan düşməyin, daha aktiv olun. Yeni işlərə başlamaq olar. Amma çox ehtiyatlı olun, tələsməyin. Nüfuzlu şəxslər, həmkarlardan və ya dostlardan birindən yardım istəmək olar.
Günün ikinci yarısında maliyyə problemlərini həll eləməyə çalışmayın. Alış-verişdə bədxərclik etməyin. Uzaq yola çıxmaq məsləhət deyil. İşlərinizi yaxşı planlaşdırın.
Xərçəng - məntiqli, soyuqqanlı, ehtiyatlı olun. Təxribatlara uymayın, fırıldaqları gerçək kimi qəbul etməyin. Rəqib və ya düşmənlərdən biri ilə açıq qarşıdurmaya başlamaq zamanı deyil. Belə toqquşmadan yayının, kölgəyə çəkilin. İnanın - heç nə itirməyəcəksiniz.
Günün ikinci yarısında sevdiyiniz insana maksimum diqqət ayırın. Belə davranışınız münasibətlərinizə çox yaxşı təsir edəcək. Axşam saatlarında romantik görüşə yollana bilərsiniz. Təşəbbüskar olun.
Şir - mühüm işləri günün ilk yarısında həll etməyə çalışın. Məqsədə aparan yolda qarşınızı kəsən problemləri həll edə bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək. Arzuladığınız nəticələri əldə edəcəksiniz.
Sənədlərlə işləyəndə ehtiyatlı olun, səhvlərə yol verməyin. Maliyyə məsələlərinin çözümündə sərvaxt davranın.
Günün ikinci yarısı daha mürəkkəb olacaq. Mürəkkəb texnika, kəskin alətlər və bahalı avadanlıqla çalışanda sayıq olun. Ailə üzvləri ilə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər. Problemlər az sonra həllini tapacaq, amma əhvalınız pisləşəcək.
Qız - yaxşı gündür. İşgüzar intuisiyanız kəskin olsun. Sərfəli anlaşma və sövdələşmələr istisna deyil. Əməkdaşlıq perspektivdir. Alış-veriş uğurlu alınacaq. Günün ikinci yarısında yenilikləri əxz etmək, faydalı biliklər əxz etmək olar.
Ünsiyyətdə xoş olmayan insandan belə, gərəkli bilgi və informasiya almaqdan çəkinməyin. Kiçik problemlər istisna deyil və onların səbəbkarı sizsiniz. Yaşananlara həddən ziyadə kəskin reaksiya verməyin. Yaxınlarınız sizə bir qədər dincəlməyi, əsəbləşməməyi məsləhət görürlər. Onların dediklərini qulaqardına vurmayın.
Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Məqsədə çatmaq üçün səy göstərmək gərəkdir. Tədbirli davranın. Şübhəli, etibar etmədiyiniz insanın yardımlarından boyun qaçırın. Çətin olsa da, bütün problemləri təkbaşına, müstəqil şəkildə həll edə bilərsiniz.
Günün ikinci yarısında qənaətcil olun. Planlaşdırılmamış xərclərə yol verməyin. Yaxınlarınızın dediklərinə qulaq asın. Məsləhətlər bəzən sərt səslənsə də, onları qulaqardına vurmayın. Bu gün maraqlarınızı ümumi mənafeyə qurban vermək zərurəti yarana bilər. Qərarınıza təəssüflənməyəcəksiniz.
Əqrəb - ehtiyatlı və sərvaxt olun, mənasız risk etməyin. Zərurət olmadan tələsik davranmayın. Minimum səylərlə ciddi uğura nail olacağınızı düşünməyin. Unutmayın ki, tələsən təndirə düşür. Tamahın qurbanı olmayın.
Gəlirləri artırmaq, uğura nail olmaq istəyirsinizsə, daha çox çalışın. Ödəniş və mükafat az olmayacaq.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Yaxşı əhval-ruhiyyədə olun, yanınızdakı insanların bədbinləşməsinə imkan verməyin. Axşam saatlarında dostlarla ünsiyyət, yaddaqalan macəra və ya əyləncə ola bilər.
Oxatan - günün ilk yarısı mürəkkəb və önəmli işin görülməsi üçün əlverişlidir. Taleyin hökmü ilə razılaşın. Eyi zamanda, fatumla kor-koranə razılaşmayın. Çətinliklərlə mübarizə aparın. Nüfuzlu insanla qarşıdurma istisna deyil. Bütün müşküllərə rəğmən irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında alış-veriş etmək olar. Bədxərcliyə yol verməyin. Müsbət təmayüllərin təsiri artacaq. Məqsədə doğru aparan yolda çətinliklər və sədlər yaranmayacaq. Yaxınlarınızın problemi ilə həll olmaq olar. Çətin vəziyyətə düşmüş insana yardım edin.
Oğlaq - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclüdür. Səslənən təklifə şirniklənməyin, tamah qurbanı olmayın. İşgüzar səfərlərə yollanmaq məsləhət deyil.
Günün ikinci yarısında evdən uzaqda işgüzar danışıqlar aparmaq olar.
Müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklərin sayı azalmasa da, inad və qətiyyət sayəsində məqsədə çata bilərsiniz. Diqqətli və zəhmətkeş olun. Vaxtınızı hədər yerə sərf etməyin. Belədə yaxın ətrafınızdakı insanlarla müqayisədə daha çox işlər görə bilərsiniz.
Dolça - tələskənliyə yol verməyin. Günün ilk yarısı önəmli işlər və ciddi qərarlar üçün münasib zamandır. Daha maraqlı işlər saatlar keçəndən sonra başlanacaq.
Uzun zamandan bəri aradığınız məlumatı alacaqsınız. Sizə yardım etmək niyyətində olan insanla günün ikinci yarısında qarşılaşacaqsınız. Peşəkar fəaliyyət müstəvisində son vaxtlar yaranmış problemi həll etməyin yollarını arayarkən süst olmayın.
Axşam saatlarında pozitiv emosiyalar bol olacaq. Maraqlı məşğuliyyət tapın, qeyri-adi insanla görüşün. Yaradıcılıq potensialının səviyyəsi az deyil. İdeyalarınızın yaxşı, eksperimentlərin uğurlu olmasına çalışın.
Balıqlar - başladığınız işləri yarımçıq qoymayın. Bir qədər əvvəl startı verilən layihəni unutmayın. Həmkarlar, dostlar və tanışlar sizə yardım edəcəklər. Dəstək və kömək üçün müraciətə ehtiyac yoxdur. Alış-veriş etmək olar. Məişət və ofis texnikası almaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında fəaliyyət üçün gərəkli avadanlığı əldə etməyi unutmayın.
İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Peşəkar fəaliyyət müstəvisində mübahisələr və ixtilaflar istisna deyil. İmkan varsa, mühüm məsələlərlə bağlı qərarı ertələyin. Bu barədə bir neçə gün sonra düşünmək olar Ailədə problemlər olmayacaq. Çətinliklər yaranarsa, ailə üzvləri ilə birlikdə çalışın.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır