"Kızılcık şərbəti" serialının yayımına qoyulan qadağa ləğv edildi - Məhkəmə qərarı ilə 

img

29-08-2023 [15:41]


"Kızılcık şərbəti" serialının yayımının beş dəfə dayandırılması barədə verilən cəza ləğv olunub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara 22-ci İnzibati Məhkəməsi serialın sahibi "Gold Film"in iddiası əsasında Radio və Televiziya Ali Şurasının (RTÜK) cəza haqda qərarlarına xitam verib.

Xatırladaq ki, baş rollarda Evrim Alasya, Sıla Türkoğlu, Ceren Yalazoğlu Karakoç, Fevza Civelek, Barış Kılıç, Müjde Uzman, Sibel Taşçıoğlu, Doğukan Güngör və Settar Tanrıögenin rol aldığı serialda bəzi səhnələrə görə çəkiliş şirkəti cərimələnib, üstəlik, yayıma fasilələr verilib. 

Jurnalist Birsen Altuntaşın xəbərinə görə, cəzanın iki həftəlik hissəsi icra olunub, serialın yayımlandığı müddətdə RTÜK tərəfindən göndərilən sənədli filmlər Show TV-də yayımlanıb. Serialın qalan 3 həftəlik yayımının dayandırılması ilə bağlı qərar isə ləğv edilib. Bleəliklə, serial rahat şəkildə yayımlanacaq. 

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR