"Kurtlar Vadisi" komandasından yeni serial - Məşhur aktyorlar yeni serialda (VİDEO)

img

29-08-2023 [10:47]


“Kurtlar Vadisi” serialına imza atan komandanın yazdığı və baş rollarda Deniz Can Aktaş, Biran Damla Yılmaz və Miray Danerin yer aldığı "Hüdudsuz Sevda" serialının ilk fraqmentləri yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, FOX TV-də yayımlanacaq serialın yayım tarixi hələ dəqiqləşməsə də, indi dən böyük maraq oyadıb.

Məlumata görə, “Kurtlar Vadisi”nin ssenarisini yazan komanda indi "Medyapım" loqosu ilə  FOX üçün adıçəkilən serialı çəkir. 

Serialın aktyor heyətində Mesut Akusta, Esra Dermancıoğlu, Emre Bulur, Burak Sevinç, Asuman Dabak, Hülya Şen, Hülya Gülşen, Naz Çağla Irmak, Taner Turan, Alp Akar, Mehmet Korhan Fırat və Erdem Kaynarca və naşqaları yer alıblar. 

Onu da qeyd edək ki, illər sonra məmləkətinə qayıdan və atasının qatilini qarşısında görən Halil İbrahimin (Dəniz Can Aktaş) hekayəsindən bəhs edən serialın çəkilişləri Artvində başlayıb. Serialın çəkilişləri daha sonra İstanbulda davam edəcək.

Ləman

MİA.AZ

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR