Sosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kiber cinayət törədən dəstə üzvləri saxlanılıb - VİDEO
29-08-2023 [10:25]
Sosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kiber cinayət törədən dəstə üzvləri saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir:
"Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də "kreditlə qızıl satılır" başlığı adı altında xüsusən "Tik-Tok" sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar:
Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə "kreditlə qızıl" almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.
Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər".
Ərdoğan Gürcüstan prezidenti ilə zəngləşdi - Təyyarə qəzası ilə bağlı müzakirə aparılıb
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
Xalq artisti Mənsum İbrahimov Gəncədəki konsertini təxirə saldı: "Türkiyənin şəhidi bizim şəhidimizdir"
75 yaşlı kişi içkidən ölüb - Xırdalanda
SOCAR yeni müəssisə yaradıb
İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: "Ürəyimin yarısı içəridə qaldı"
XİN açıqlama yayıb
Qəzada şəhid olan pilotla bağlı ürəkdağlayan məqam... - 4 ay sonra ata olacaqdı (FOTO)
Mourinyo klubda narazılıq yaradıb - 6 yeni oyunçu tələb edir