Jesusun "Bizim heyət digər komandalarla müqayisədə zəifdr" sözləri etiraz doğurdu: "İndidən bəhanə gəzir"

img

28-08-2023 [12:08]


"Bizim heyət digər komandalarla müqayisədə zəifdr".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasının  baş məşqçisi Jorge Jesus deyib.

Onun bu bəhanəsi və son 3 oyunda eyni taktikadan istifadə etməsi isə həm klub rəhbərliyini, həm də azarkeşlər narazı salıb.

Məlumata görə, Səudiyyə mətbuatı Jesusubn eyniylə "Fənərbağça"dakı kimi "ağlaşma quraraq", çempion olmayacaqları təqdirdə indidən özünə "haqlılıq bazası" yaratdığını yazmağa başlayıblar.

Futbol şərhçiləri sonrn oyunda Əl Raed”i 4:0 hesabı ilə məğlub edən komandanın müdafiə xəttənin "Fənərbağça"dakı kimi çox öndə oynamasının fəsadlarının olacağını deyirlər: "Jesus Türkiyədə də bu sistemi tətbiq edirdi. O, oyuna görə taktika qurmur, elə bildiyi bir sistem var, onunla oynadır. Müdafiəni bu qədər önə çəkmək arxaya atılan toplarla xeyli qol epizodlaır yaradacaq. Komanda hələlik 2 qələbə və bir bərabəriklə liqada 3-cü yerdədir. Nəzərə alaq ki, qarşıda komandanı daha güclü komandalarla oyun gözləyir. Onlar isə indidən Jesusun oyun üslubunu "oxuyublar". Üzərində işləməyən Jesus isə ənənəvi "Bizim heyət digərləri ilə müqayisədə zəifdir" bəhanəsinə sığınaraq indidən özünü sığortalamağa can atır. Halbuki belə deyil".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR