Adil Əliyevlə Mərkəz arasında gərginlik - Vitse-spikerin oğlunun kürəyi yandırılıb?

img

28-08-2023 [11:32]


Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR