"Adanalı"nın "Pınar"ı əməliyyat oldu - FOTOLAR

img

25-08-2023 [16:39]


13 il əvvəl ATV-də 3 il yayımlanan "Adanalı" serialında "Pınar" obrazı ilə yadda qalan, sonradan etdiyi estetik əməliyyatlarla tanınmaz hala düşən aktrisa Tuğçe Özbudak ayağında yaranan iflicə görə ənməliyyat olunub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə o, "İnstaqram" hesabında izləyicilərinə məlumat verib.

Aktrisa bildirib ki, bir ayağında hərəkət qabiliyyətinin 80 faizi itib və bu üzdən ötən gün əməliyyat edilib: "Çox şükür ki, əməliyyatım əla keçib. Bu gün evə buraxılacağım üçün çox minnətdaram. Əməliyyatımı həyata keçirən həkimimə və bütün xəstəxana işçilərinə təşəkkür edirəm. Mənə yaxşı baxdınız. İnşallah yaxşılaşaram. Yazan, soruşan, axtaran hər kəsə təşəkkür edirəm".

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR