Telekanaldan "Qarabağ" klubuna ittiham: "Ortaya çıxan problemdə məsuliyyət daşıyırlar”

img

25-08-2023 [13:47]


“Yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” klubu da məsuliyyət daşıyır”.

Mia.az xəbər verir ki, bu barədə “İdman” TV UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı bəyanatda bildirib.

Telekanal rəhbərliyi məsələ ilə bağlı yaxın müddətdə Azərbaycan çempionunun rəsmiləri ilə görüş keçirməyi planlaşdırır: “Olimpiya” - “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA