Kibariye Ərdoğana mərasimdə belə dedi: "Bilirsiniz ki, mənim oxumam-yazmam yoxdur, ancaq..."

img

25-08-2023 [00:06]


AK Partiyanın yaradılmasının 22-ci ildönümü ilə bağlı təşkil olunan mərasimdə maraqlı anlar yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səhnəyə dəvət olunan məşhur müğənni Kibariye prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana gözlənilməz müraciət edib.

O, üzünü ölkə başçısı ilə xanımına tutaraq oxuyacağı mahnı barədə deyib: "Öncəliklə, qurban olum sizə. Bilirsiniz ki, mən heç nəyi gizlətmirəm. Oxuyub-yazmam yoxdur, amma müəllimim mənə mahnını əzbərlətdirdi. Çox da gözəl oldu. Götürdük malları , valllah".

Ərdoğan və xanımı onun  səmimi sözlərinə gülərək reaksiya veriblər.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR