Biri qaranlıq keçmişi olan prokuror, digəri şöhrətli jurnalist... - Yeni serialdan ilk fraqmentlər yayıldı (VİDEO)

img

24-08-2023 [13:48]


7 il əvvəl "Aşk Laftan Anlamaz" serialında baş rolları paylaşan Hande Erçel və Burak Deniz bu dəfə yeni serialında baş rollara çəkiliblər.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ikili FOX TV ekranlarında yayımlanacaq “Bambaşka Biri” serialında prokurur və jurnalist obrazları ilə tamaşaçıların görüşünə gələcək.

Serialda Hande Erçel və Burak Denizdən başqa Cem Davran, Menderes Samancılar, Ferit Aktuğ, Begüm Akkaya, Uğur Uzunel, Polen Emre, Gülçin Hatıhan, Aslı Orcan, Berrin Arısoy və Muttalip Müjdeci kimi uğurlu aktyorlar rol alır.

Artıq sentyabrın 11-də efirə veriləcək ilk bölümün fraqmentləri də yayımlanıb.

Xatırladaq ki, seriail Həmdi Atilbayın meşədə vəhşicəsinə qətlə yetirilməsindən sonra qaranlıq keçmişi olan, indisə düzənli həyat yaşamaq istəyən  gənc prokuror "Leyla" ilə məşhur həyatı olan iddialı jurnalist "Kənan"ın aralaırnda bəhs edən münasibətlərdən bəhs edir.

Ləman

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR