Səudiyyə Ərəbistanında nəhəng təyyarə Neymarın əmrinə verildi

img

24-08-2023 [13:38]


"Əl-Hilal"a keçən brazilyalı ulduz Neymarın xidmətinə 290 nəfərlik "Boeing 757" təyyarəsi verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Neymar istədiyi zaman "Boeing 757" təyyarəsindən şəxsi məqsədləri üçün yararlanacaq.

Xatlırladaq ki, PSJ-dən "Əl-Hilala" keçən Neymar reklam və sponsorluq gəlirləri ilə birlikdə 2 il ərzində cəmi 400 milyon avro qazanacaq. 

Onu da qeyd edək ki, Neymarın 2 şəxsi təyyarəsi var. Bunlar "Embraer Phenom 100" və "Cessna Citation 680"-dir. Braziliyalı futbolçunun qısa uçuşlar üçün "Eurocopter EC130B4" model helikopteri də var.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA