Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub

img

24-08-2023 [13:19]


Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.

Mia.az report-a istinadla xəbər verir ki, əvvəlcə şəhidlə vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.

Mərasimdən sonra A.Rüstəmovun cənazəsi yaylım atəşi və Dövlət Himninin sədaları altında Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib