Naxçıvan şəhərinin prokuroru vəzifədən çıxarıldı -YENİ TƏYİNATLAR (FOTO)

img

21-08-2023 [16:10]


Baş Prokuror Naxçıvan prokurorluğunda növbəti təyinatlar imzalayıb.

Mia.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qalib İsmayılov Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokuroru vəzifəsinə təyin edilib.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorun digər əmrləri ilə Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA