Müğənni Afət Fərmanqızı ona təhqir yazan izləyicisini bu günə qoydu - VİDEO

img

18-08-2023 [12:19]


Moskvaya köçərək fəaliyyətini orada davam etdirən müğənni Afət Fərmanqızı ona təhqir yazan izləyicisini biabır edib. 

Yenisabah.az xəbər verir ki, o, təhqir yazan kişi izləyicisini tapıb və ona üzr istədib. 

Həmin şəxsin görüntülərini digərlərinə dərs olsun deyə sosial şəbəkə hesabında paylaşan ifaçı "Təhqir yazanların hamısı realda bu günə düşür" -, deyə qeyd edib. 

Həmin şəxs isə bu əməlinə görə müğənnidən üzr istəyib:

"Afət xanım, sizə yazdığım sözlərə görə dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Qələt etmişəm. Sənə yazdıqlarım öz ailəmə, uşağıma getsin. Bir də belə iş görmərəm, səndən üzr istəyirəm, sənə nə yazmışamsa, uşağıma, atama, anama getsin... Bağışla! Bir də belə qələtlər etmərəm". 

Həmin görüntüləri təqdim edirik: 


Digər xəbərlər
SON XƏBƏRLƏR