Konfrans Liqası: "Sabah" və "Partizan" oyununun qalibi penaltilərlə müəyyənləşdi - Yenilənib

img

18-08-2023 [01:57]


Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda (ilk oyunda "Sabah" 2-0 qalib gəlib) Serbiyada "Sabah" "Partizan"la qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 23-da başlayan oyunun 30-ci dəqiqəsində ev sahibi kommada hesabı açıb - 1:0.

58-ci dəqiqədə "Partizan" daha bir qol vurub - 2:0.

Oyunun 90 dəqiqəsi bu hesabla başa çatıb.

Bakıdakı görüş də "Sabah"ın xeyrinə 2-0 hesabı ilə bitdiyindən ümumi hesabda 2-2 bərabərlik yaranıb. Buna görə də  hakim oytuna əlavə 30 dəqiqə təyin edib.

117-ci dəqiqədə "Partizan"da Belic ikinci sarı kartla meydandan qovulub.

30 dəqiqənin sonunda da hesab dəyişməyib və qalib penaltilərlə müəyyən olunub.

Penaltilərdə isə "Partizan" dəqiq oynayıb və növbəti mərhələyə yüksəlib- 5:4 

"Sabah"dan N.Ələsgərov penaltini dəqiq yerinə yetirə bilməyib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA