Konfrans Liqası: "Fənərbağça" "Tvente" komandasına rəqib oldu

img

18-08-2023 [00:40]


Bu gün "Fənərbağça" UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində 3-1 hesablı qalib gəldiyi ilk oyunun revanşında səfərdə "Maribor"unun qonağı olub.

Mia.az xəbər verir ki, İstanbul komandası oyunun 17-ci dəqiqəsində İrfan Canın zərbəsi ilə hesabı açıb - 0:1.

Bu qoldan az sonra azarkeşlər arasında gərginlik pikl həddə yüksəlib və buna görə oyun dayandırılıb. UEFA-nın qərarı ilə "Fənərbağça" tərəfdarları meydandan çıxarılıb. Buna baxmayaraq sloveniyalı azarkeşlər yenə də irqçi şüarlar səsləndiriblər... 

Oyuna gəldikdə isə, r32-ci dəqiqədə ev sahibi penalti qazanıb.

Lakin qapçı İrfan Can Eğribayat "Maribor"ya hesabı bərabərləşdirməyə imkan verməyib.

77 və 80-ci dəqiqələrdə "Fənərbağça" daha iki qol atıb - 0:3.

Beləliklə, türk komandası iki oyunun nəticəsində növbəti mərhələyə yüksəlib. 

Xatırladaq ki, "Fənərbağça" növbəti turda Hollandiyanın "Tvente" komandası ilə oynayacaq. İlk oyun avqustun 24-də, cavab qarşılaşması isə avqustun 31-də keçiriləcək.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA