Konfrans Liqası: "Adana Dəmirspor" pley-off mərhələsinə yüksəlib

img

18-08-2023 [00:09]


Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Türkiyənin "Adana Dəmirspor" komandası səfərdə "Osijek"in qonağı olub. 

Mia.az xəbər verir ki, oyunda türk komandası 3:2 hesabı ilə uduzsa da, ilk oyunda 5-1 hesabı ilə qalib gəldiyi üçün pley-off mərhələsinə yüksəlib.

Türkiyə komandası növbəti turda  "Genk" - "Olimpiakos" matçının qalibi ilə qarşılaşacaq. 

İlk oyun avqustun 24-də, cavab qarşılaşması isə avqustun 31-də keçiriləcək.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA