Sumqayıtda 12 nəfər zəhərlənib

img

16-08-2023 [12:57]


"Bu gün 12 nəfər zəhərlənmə diaqnozu ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib".

Mia.az xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki,  müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib: "Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr evə buraxılıb. Hazırda 5 xəstə şöbədədir, 3 xəstə isə müşahidə otağındadır. Şöbədəki xəstələr nəzarətdədir. Müşahidə otağında olan xəstələrə isə yardımlar olunub və yarım saat ərzində evə buraxılacaqlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR