Cəlilabadda qədim məzar daşları nəzarətə götürülüb - FOTOLAR

img

16-08-2023 [10:47]


Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıqda olan qədim məzar daşları nəzaərtə götürülüb.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur: "Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir. Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək".

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR