"Həqiqət arayışında" verilişi bağlandı

img

16-08-2023 [09:33]


Star TV-də yayımlanan "Gerçəyin peşində" ("Həqiqət Arayışında") verilişi dayandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, üstü açılmayan cinayət işləri ilə bağlı araşdırma aparan verilişin hansı səbəbdən Star TV-də yayımının dayandırılması bəlli deyil.

Xatırladaq ki, "Həqiqət Arayışında" verilişi bundan əvvəl TV8-də yayımlanıb və burada da oxşar taleyi yaşayıb.

Türkiyə mətbuatı yazır ki, məşhur aparıcı Serap Paközün təqdimatı ilə yayımlanan "Həqiqət Arayışında" verilişinin hansı kanalda yayımlanacağı hələlik bəlli deyil.

Xatırladaq ki, veriliş itkin düşünlərin axtarılması və üstü hələ də açılmayan cinayət işləri ilə bağlı tərəfləri efirə çıxarmaqla araşdırma aparmaqla məşhurlaşıb.

Ləman

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA