Nazir sabiq icra başçısının oğluna yeni vəzifə verdi - Sahil Babayevdən daha iki təyinat

img

11-08-2023 [17:40]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam rayonu İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib.

Məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.

Nazirin digər əmri ilə Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Bayramov Əbdül Yaşar oğlu vəzifəsindən azad edilib və Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri təyin olunub(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR