Vərəmə qalib gəl! - Xəstələr nədən utanır?
11-08-2023 [11:46]
Əsrin əvvəllərində aristokratların xəstəliyi hesab edilən, Rusiya və Avropada yazıçı, rəssam, məşhur bəstəkarların “sevimli xəstəliyim” adlandırdığı vərəm XXI əsrdə hələ də tibbin qalib gələ bilmədiyi və getdikcə artan xəstəliklərdəndir. Onu "romantik xəstəlik" də adlandırırdılar. Belə ki, bu xəstəliyə çox həssas, dərin düşünən, sevgi acısı çəkən və mənəvi sarsıntı keçirən insanlar yoluxurdu.
Onlar vərəmə ram olur və həzin sonluğunu gözləyirdi. Demək olar, bir çox tarixi romanların baş qəhrəmanları vərəmdən vəfat edib.
Cəmiyyət həmişə ondan qorxub, amma indi vərəmlə mübarizədə əsas hədəf stiqmadır. Xəstəyə qarşı qeyri-etik münasibət, inamsızlıq, ayrı-seçkilik və təcrid.
ÜST statistikasına görə, hər il dünyada 12 milyon insan vərəmə yoluxur. 1,5 milyon insan isə bu xəstəlikdən ölür. Hazırda planetin 2,5 milyard sakini vərəmə yoluxub və onun daşıyıcısıdır.
Əksər insanlar xəstəliyin latent (gizli) formasını daşıyır. Bu o deməkdir ki, insan vərəm olduğunu bilməyə bilər, amma onun orqanizmində vərəm çöpləri aktivləşib.
Azərbaycanda daha çox həbsdə yatanların, narkoman və gigiyenik qaydalara əməl etməyən adamların xəstəliyi hesab edilən vərəmin statisktikası hepatit və xərçəng qədər açıqlanmır, az qala SPİD-lə yanaşı qoyulur.
Vərəmli xəstəni işə götürmür, həmkarlar, dostlar, hətta qohumlar ondan uzaqlaşır. Vərəmli xəstə ilə görüşmək yasaqlanır, onunla danışmaq belə riskli hesab edilir.
Əslində isə vərəmə işi, peşəsi, yaşı və mövqeyindən asılı olmayaraq, hər kəs yoluxa bilər. Xüsusən uşaqlar, gənclər, hamilə qadınlar və yaşlılar risk qrupuna aiddir.
Heç bir zərərli vərdişi olmayan, ömründə siqaret belə çəkməyən adam da infeksiyaya yoluxa bilər. Vərəm iş yerimizdə, nəqliyyatda, xəstəxanada, marketdə, istənilən ictimai yerdə bizi gözləyə bilər.
İnsan yoluxur, lakin o sağlamdırsa, immuniteti güclüdürsə, 10-20% hallarda vərəm simptomları özünü göstərir, qalan hallarda vərəm çöpləri digər bakteriyalar kimi orqnaizmdə sakit qalır. Yalnız ciddi immun zəifliyi və orqanizm zəiflədikdə həmin çöpləri "oyanır".
Bir sözlə, bu xəstəlikdən heç kim sığortalanmayıb.
Tibbin inkişafı, yeni müalicə metodları sayəsində vərəmdən ölüm demək olar 4%-ə endirilib. Vərəm daha çox gənc oğlan və 35-45 yaş arası kişiləri əhatə etdiyi üçün xəstəliyi gizlədənlər də onlardır. Amma vəsəmi gizlətmək yox, ONA QALİB GƏLMƏK lazımdır və bu o qədər də çətin deyil.
Vərəmdən utanma!
Sovet illərindən bütün postsovet ölkələrində, eləcə də Azərbaycanda vərəmə yoluxanlar bu barədə açıq danışmaqdan utanırdı. Çünki bu, təkcə ağciyərlərə deyil, ad-sana, bütün ailəyə, nəslə ləkə kimi qəbul edilirdi. Diaqnoz məlum olan kimi xəstə ətrafı ilə mübarizəyə başlayırdı.
Bu xəstəliyi gizlətməyin bir səbəbi təcrid olunmaqdan qorxu idi. Belə yanaşmalar var idi ki, vərəmli xəstə çölə çıxa bilməz, çünki hamını yoluxdurar. O, dərsə, işə getməməlidir. Həftələrlə evə qapanmalıdır. Belə bir vəziyyətdə vərəmə yoluxanlar gəlirdən məhrum olurdular.
Ona görə də əksər ölkələrdə xüsusi dispanser və sanatoriyalar vardı ki, orda uşaqlar və yeniyetmərlər, gənclər tam müalicə olunana qədər və ya daimi yaşayırdılar. Hətta onlar sanatoriya ərazisində olan məktəblərə gedirdilər.
Vərəmə qalib gəl - 3 aylıq müalicə
Hazırda vərəm barədə yeni informasiyalar az, təbliğat isə zəifdir. Elementar biliklərin olmaması səbəbindən çoxlu miflər və saxta informasiyalar yayılır.
Bunlardan biri "Nə etsən də, xeyri yoxdur, vərəm əbədi qalır və müalicə olunmur" fikridir.
Əslində isə 3 aylıq proqramlar və antibiotik kursları ilə vərəm tez nəzarətə alınır, uğurla müalicə olunur. Amma xəstənin vəziyyəti ağırdırsa, müalicə bir neçə il çəkə bilər. Orqanizmdə vərəm törədən mikrobakteriyaları zərərsiz hala gətirmək üçün minimum 6 ay müalicə lazımdır.
Vərəm əleyhinə kombinə olunmuş müasir preparatlar 5 rejimli kimyaterapiya ilə birgə istifadə olunur. Erkən mərhələdə, yəni diaqnoz vaxtındaqoyulduqda 100 % sağalmaya nail olmaq mümkündür.
Çox vaxt insanlar diaqnozla barışmır. Adi öskürək, yorğunluq, tərləməni vərəmə yozmur, "özümü yaxşı hiss edirəm, bu sadəcə yorğunluqdur" deyib müayinəni gecikdirir. Hətta diaqnoz qoyulandan sorna həkimdən qaçan, evdə diaqnozunu gizlədən və dərmanları belə aptekdən almağa utanan xəstələr olur.
Ona görə də hadisələr pis ssenari üzrə davam edir, vərəmin LU-YB dərmana davamlı, ağır forması inkişaf edir. Belə halda müalicə fərdi hazırlanır, xəstə ara-sıra xüsusi xəstəxanada yatmalıdır, müalicə 2 ilə kimi çəkə bilər.
Amma bu forma vərəmin müalicəsi üçün yeni, Ppalm adlı 6 aylıq müalicə kursu 3 ölkədə aparılan klinik sınaqlarda tətbiq olunur.
“Sərhədsiz həkimlər” yeni müalicə metodunun qiymətinin əlçatan olmasına çalışır.
Bu gün vərəmlə mübarizədə əsas hədəf diaqnoz qoyulmasını tezləşdirməkdir. Hətta aktiv formada da xəstə özünü sağlam hesab edə bildiyi üçün çıxış yolu test və sınaqlardır.
Özünü sığortalamaq üçün analizlər verin və fllüoqrafiya çəkdirin. Əgər xəstə vaxtında vərəmi müalicə etdirməsə, bu, ölümlə nəticələnir. Ciddi həkim təyinatı ilə cəmi 2-3 həftə müalicədən sonra xəstə artıq ərtafı, ailəsi üçün təhlükəli olmur.
Profilaktik müalicə keçərkən vərəm mikrobları öldürülür ki, onlar orqanizmə zərər verməsin.
Profilaktik müalicə üçün də xüsusi dərman var və 6 ay qəbul edilir.
Gizli formada olan vərəm digərlərinə ötürülmür. Amma xəstədən prosesi məhz bu mərhələdə dayandırmaq tələb olunur.
Beləliklə, vərəm faciə və dəhşət deyil, vərəm gizlədildikdə dəhşətə və faciəyə çevrilir. Bu xəstəliyə yoluxanlar VƏRƏMƏ QALİB GƏLməyi bcarmalıdır, bunun mümkün olduğunu bilməlidir. Hər kəs ətrafında, ailəsində vərəmə Qalib gəlməyin mümkünlüyünü təşfiq etməlidir. Bu barədə maarifləndirmə işləri aparılmalıdır. Hamı bilməlidir ki, vaxtında düzgün müalicə Vərəm çöpləri «çör-çopə» - bir heçə çevirir…
Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə”İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.
Aygün Musayeva
BakuPost
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır