Futbolçu ilə klub 10 gün əvvəl müqavilə imzaladı, daha sonra isə anlaşma ləğv olundu - Açıqlama

img

11-08-2023 [00:07]


"Konyaspor" 10 gün əvvəl transfer etdiyi məşhur futbolçu Morgan Schneiderlinlə müqaviləyə xitam verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, ailəsində problemlər yaşayan futbolçu bu barədə klub rəhbərliyinə məlumat verib: "Bu yaxınlarda transferini açıqladığımız peşəkar futbolçu Morqan Şnayderlin ailəvi səbəblərdən ayrılmaq istədiyini rəhbərliyimizə çatdırıb. Klubumuz məsləhətləşmələr apararaq, Morqan Şnayderlinin istəyinə müsbət yanaşıb və qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib”.

Türkiyə mətbuatı yazır ki, futbolçunu ailəsi onun Konyada yaşamasına qarşı çıxdığından anlaşma pozulub.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA