Avroliqa: "Qarabağ" Bakıda HİK-i məğlub elədi -  Yenilənib

img

10-08-2023 [22:00]


Bu gün Bakı vaxtilə saat 20.00-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HİK komandasını qəbul edib.

Mia.az xəbər verir ki, israilli baş hakim Roy Reinsreyberin idarə elədiyi oyunda hesab 4-cü dəqiqədə açılıb.

Lakin Marko Yankoviçin qolunu VAR hakimləri ofsayda görə qeydə almayıblar.

Nəhayət, "Qarabağ" 55-ci dəqiqədə Leandro Andrade ilə hesabı açıb - 1:0.

77-ci dəqiqədə HİK hesaba tarazlıq gətirib - 1:1.

85-ci dəqiqədə "Qarabağ"da Juninyo qələbə qolunu vurub - 2:1.

Xatırladaq ki, bu oyunun cavab matçı  avqustun 17-də keçiriləcək.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA