Konfrans Liqası: “Neftçi” - “Beşiktaş” oyununda 4 qol var (Yenilənib)

img

10-08-2023 [22:55]


Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi” “Beşiktaş”ı qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində Abubakar hesabı açıb - 0:1.

9 dəqiqə sonra Türkiyə komandası daha bir qol atıb - 0:2

62-ci dəqiqədə Salih Uçan hesab arasındakı fərqi artırıb- 0:3

79-cu dəqiqədə isə "Neftçi"dən Kilan Lebon fərqi azaldıb - 1:3.

Oyun bu hesabla başa çatıb.

***

Xatırladaq ki, komandalar meydana bu futbolşularla çıxıb:

“Neftçi” (Azərbaycan): 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 21. İsmayıl Zülfüqarlı, 19. Azər Salahlı, 23. Ataa Caber, 27. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 11. Kilan Lebon, 9. Andre Şinyaşiki

“Beşiktaş” (Türkiyə): 34. Mert Günok (k), 6. Omar Kolli, 12. Daniel Emerti, 77. Umut Meraş, 24. Valentin Rosye, 19. Amir Haciahmetoviç, 83. Gedson Fernandeş, 8. Salih Uçan, 40. Cekson Muleka, 4. Onur Bulut, 10. Vensan Abubakar

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA