Avropa Liqası: "Qarabağ"la HİK-in oyununa 18 min tamaşaçı canlı baxacaq

img

10-08-2023 [17:24]


Bakıda "Qarabağ" və Finlandiyanın HİK komandası arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa satılmış biletlərin sayı açıqlanıb.

Klubdan Mia.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş üçün indiyədək 18000 bilet satılıb.

Biletlərinin qiyməti, müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlar üçün biletlərin qiyməti isə 200 manatdır.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA