“Sabah” – “Partizan” oyununa nə qədər bilet satılıb? - Açıqlama

img

10-08-2023 [16:13]


“Sabah”ın bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.

Mia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA