Daha bir bələdiyyə sədri cəzalandırılıb

img

10-08-2023 [12:08]


Şəki rayonunun Baş Göynük kəndinin bələdiyyə sədri cəzalandırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Baş Göynük kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR