"Ortada 1.5-2 milyon avroluq söhbət var" - Ramos "Qalatasaray"a "hə" deyib

img

10-08-2023 [11:33]


"Real"ın canlı əfsanəsi, son olaraq PSJ-də forma geyinən Serxio Ramos Türkiyəyə gəlir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Serxio Ramosla "Qalatasaray" arasında danışıqlar intensivləşib.

Türkiyə mətbuatı yazır ki, Ramos "Qalatasaray"ın təklifinə "hə" deyib: "İndi əsas müzakirə maaşla bağlıdır. "Qalatasaray"ın Serxio Ramosa təklifi ilə onun istədiyi məbləğ arasında 1,5-2 milyon avro aralığında fərq var. Hazırda bu fərqlə bağlı danışıqlar  davam edir. Böyük ehtimalla yaxın günlərdə onlar arasında razılıq əldə olunacaq. 37 yaşlı Ramos "Qalatasaray"ın Çempionlar Liqasındakı iştirakına görə bu kluba can atır".
 
Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA