Həbib Nurməhəmmədov İlon Maskın təklifini rədd etdi: "Bu, prinsip məsələsidir"

img

10-08-2023 [10:04]


"Twitter"i sahibi Elon Mask sosial media sahəsində əsas rəqibi olan "Meta"ın sahibi  Mark Zukerberqlə "qəfəs döyüşü"nə görə üz tutduğu rusiyalı qaydasız döyüş ustası Həbib Nurməhəmmədovdan rədd cavabı alıb..

Mia.az TASS-a istinadla xəbər verir ki, Musk Zukerberqlə qəfəs döyüşü üçün Nurməhəmmədovdan ona təlim keçməsini istəyib: "Lakin bu təklif Həbib tərəfindən dərhal rədd olunub. İdmançı bunu prinsip məsələsi ilə əlaqələndirib. O, bildirib ki, artıq idman və məşqçilik karyerasını başa vurub və Musk üçün verdiyi qərardan geri dönməyəcək".

Xatırladaq ki, Musk Zukerberqi "qəfəs döyüşü"nə dəvət edib və qarşı tərəəf də buna müsbət cavab verib. Onların yaxın aylarda  güclərni qəfəsdə sınayacağı gözlənilir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA