"Fənərbağça" Linkoln Henrike ilə müqaviləni dondurub

img

10-08-2023 [00:39]


"Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynanacaq "Maribor" matçı öncəsi mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli məşqçi zədəsi davam edən Linkoln Henrike ilə müqavilənin dondurulduğunu bildirib: "Linkolnun müqaviləsini birinci dövrənin sonuna qədər dondurduq. Bu müddətdə onun müalicəsi davam edəcək".

Kartal matçla bağlı çdeyib ki, "Maribor" "Zimbru"dan daha yaxşı futbol oynamağa çalışan, daha çox qaçan gənc bir komandadır: "Bir-birimizi günü-gündən daha yaxşı anlayaraq irəliləməyə çalışırıq. Avantajlı hesab qazanmaq istəyirik. Azarkeşlərimizin qarşısında daha yaxşı oynayaraq. Etiraf edək ki, "Zimbru" ilə müqayisədə, bu oyun daha çətin olacaq”. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA