GENERALIN ADININ HALLANDIĞI QALMAQALLI QIZIL İŞİ: saxlanılanlar var - Təfərrüat
10-08-2023 [09:15]
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun adı hallanan, "qızıl Səadət"in şikayəti əsasında açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib.
Mi.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iş üzrə gömrük general-mayoru Məsum Rəsulovun yaxın qohumu, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının (NMR) Nehrəm kəndində anadan olmuş Türkan Abdullayeva saxlanılıb.
Hadisə isə belə baş verib. Səadət adlı qadının 2021-ci ildə Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyaları gömrükdə bəyan edilmədiyi üçün saxlanılıb. Səadətə Türkiyədən Azərbaycana göndərdiyi qızılların sərhəddə tutulması ilə bağlı cinayət işinə DGK-nın İstintaq Baş İdarəsində müstəntiq işləyən Elxanın rəhbərlik etdiyi bildirilib. O, bu işin həll edilməsi üçün vaxtı ilə DGK-da yüksək vəzifədə çalışmış tələbə yoldaşı Mehman Sadıqovla görüşüb. M.Sadıqov onu dəstək olmaq üçün general-mayor M.Rəsulovun qohumu Türkan Abdullayeva ilə görüşdürüb.
T.Abdullayeva görüş zamanı M.Rəsulova zəng edib və işi 400.000 manata həll edə biləcəyini deyib. T.Abdullayeva həmçinin qeyd edib ki, məsələni "Yaxt Klub"da M.Rəsulovla görüşərək həll edəcək. Səadət isə bu işə görə cəmi 100.000 manat verməyə razılaşıb.
Üstəlik T.Abdullayeva söhbət əsnasında M.Rəsulovun tapşırığı ilə gömrükdə saxlanılmış və dövlət nəfinə keçmiş siqaret və alkoqollu içkiləri götürüb satdığını da deyib.
7 may 2022-ci il tarixdə Səadət ilkin olaraq Mərkəzi Univermaqda yerləşən ofisində M.Sadıqova 12 min dollar verib. Daha sonra M.Sadıqov T.Abdullayevanın "Yaxt Klub"da M.Rəsulovla görüşdə 600 manat hesab verdiyini deyib və həmin vəsaiti də Səadətdən alıb.
DGK-da keçirilən məlum əməliyyatlardan sonra işinin həll edilmədiyini görən Səadət hüquq-mühafizə orqanlarına müraciət edib.
Qızıl ticarətçisi olan Səadət məhkəmədə bu işdə digər günahkar kimi keçmiş gömrük məmuru M.Sadıqovu göstərib: "Ömründə bir-iki dəfə üç günlük Türkiyəyə getməyən Mehman Sadıqov 2023-cü ildə ölkəni tərk edib və bu günə qədər dönməyib. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 178.2.1 maddəsi var. Onunla əlbir olub məni aldadan Mehman Sadıqovun əməlində də Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4, 312.2-ci maddələrinin olmasını nəzərə alaraq, işin düzgün qiymətləndirilməsi üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunmasını xahiş edirəm".
O da məlum olub ki, T.Abdullayeva dəfələrlə dələduzluq maddəsi ilə saxlanılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya - prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, onun həbsdə saxlama müddəti iki ay, yəni 27 sentyabr 2023-cü il tarixədək müəyyən edilib.
Qeyd edək ki, general-mayor M.Rəsulov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidmətində (DTX) davam edən cinayət işi çərçivəsində 2022-ci ilin iyulun 14-də M.Rəsulov saxlanılıb. O, 18.03.2023-cü il tarixində ev dustaqlığına buraxılıb. M.Rəsulovun gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adı ilə Abşeron rayonunun Fatmayı kəndində olan iki hektar ərazidə yerləşən üç mərtəbəli villasının zirzəmisində saxlaması da məlum olub.
MİA.AZ
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib - Detallar
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO