Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-08-2023 [00:01]
Qoç - güzəştlər və kompromislər üçün əlverişli zamandır. Rəqiblərlə aşkar mübarizəyə başlayın. Münaqişələr olarsa, problemin qarşısını almağa çalışın. Gəlirlər, qiymətli hədiyyələr istsina deyil.
Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. İşgüzar duyumunuz iti olsun. Hesablarda səhv etməyin. Axşam saatları səfər, səyahət, dostlarla təmaslar və görüşlər üçün pis zaman deyil. Sevdiyiniz insanı sevindirməyə çalışın.
Buğa - günün ilk yarısı önəmli və vacib sayılan işlərin görülməsi üçün əlverişlidir. Qətiyyətli, iradəli, zəhmətkeş olun. Maraqlı saydığınız məsələləri çözün. Ətalətli və süst davranmayın. Hədiyyələr, xoş sürprizlər istisna deyil. Əyləncə və istirahəti təxirə salın.
Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaşananlarda özünüz üçün xeyirli məqamları aşkarlamağa çalışın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qayğıkeş, diqqətli olun. Yeni tanışlıqlar istisna deyil.
Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclənir. Soyuqqanlı davranaraq təxribatlar tələsinə düşməyin. Ailədə mübahisə və fikir ayrılığı istisna deyil. Problemin həllində davranışınız xüsusi rol oynayır.
Günün ikinci yarısı daha uğurludur. Çoxdan bəri həyata keçirmək istədiyiniz planlardan birini reallaşdıra biləcəksiniz. Maraqlı görüşlər, xoş sürprizlər və diqqət izharları istisna deyil. Axşam saatları ailə üzvləri ilə daha səmimi və sıx ünsiyyət, ailəvi tədbirlərin təşkili üçün yaxşıdır.
Xərçəng - günün ilk yarısı əlverişlidir. Xeyli faydalı və gərəkli iş görmək olar. Saatlar keçdikcə işgüzar aktivliyiniz azalacaq. Başladığınız işlərə marağınız səngiməsin. Layihələri, vədləri və öhdəlikləri unutmayın.
Günün ikinci yarısında ünsiyyət sizi usandıra bilər. Hətta rəğbət bəslədiyiniz insanlarla təmaslar belə, yorucu təsir bağışlayır.
Münaqişə və mübahisə riski var. Qarşıdurma yaranmasına imkan verməyin, təxribatlara uymayın. Alış-veriş məsləhət deyil. Maliyyə itkiləri ciddi problemə çevriləcək.
Şir - günün ilk yarısı qarışıq və laübəlidir. Önəmli görüş, danışıqlar və müzakirələr üçün əlverişli zaman deyil. Müstəqil çalışmaq məsləhətdir. İnandığınız, etibar etdiyiniz adamlarla birgə fəaliyyət göstərməyə üstünlük verin. Yeni biliklər, bacarıqlar və məlumatlar əldə etmək üçün münasib zamandır.
Günün ikinci yarısında qarşılaşdığınız insanların hamısına inanmayın. Maraqlı insanlarla ünsiyyətə can atın. Yeni münasibətlər, habelə son vaxtlar sizi və yaxınlarınızı narahat edən münaqişələrin nizamlanması üçün münasib zamandır.
Qız - günün ilk yarısı maliyyə məsələlərində ehtiyatlı olmağınızı tələb edir. Fırıldaq qurbanı olmayın. Yaxşı tanımadığınız insana etibar edərək yanlışlığa yol verməyin. Anlaşma və sövdələşmələr üçün münasib zaman deyil. Alış-verişdə düşünülməmiş qərarlar verməyin. Niyyətləri tam bəlli olmayan insanlarla çalışmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi diqqət yetirin. Ailə üzvləriniz və yaxınlarınızla təmaslarda dürüst davranış modelini seçin. Qayğıkeş və səmimi olmağınız tələb edilən situasiyalarda inadkarlıq yolverilməzdir. Dil tapmağın mümkün olduğu zamanda tərslik edərək münaqişə yaratmayın.
Tərəzi - mühüm qərar qəbul edərkən iradəli və qətiyyətli olun. Anlaşılmaz situasiyanın məğzini, köklərini araşdırın. Yaxın ətrafınızdakı insanların niyə məhz belə davrandıqlarının səbəblərini anlamağa çalışın. Soyuqqanlı və təmkinli olun. Başqalarının təsiri altına düşməyin.
Günün ikinci yarısının maliyyə fonu uğursuzdur. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Zərurət duymadığınız əşyaları almağa çox pul xərcləməyin. Borc almaq məsləhət deyil. Xərcləri azaltmağınız daha yaxşı olardı. Ruhdan düşməyin. İstənilən halda problemlər müvəqqətidir və az sonra onların öhdəsindən gələ biləcəksiniz.
Əqrəb - günün ilk yarısı uğurlu, rahat və xoş zamandır. Qarşınızda yeni imkanlar yaranacaq. İntuisiyanız güclüdür. Bu səbəbdən dürüst qərarlar verəcəksiniz. Kimsə sizi yolunuzdan sapdıra bilməyəcək. Alış-veriş etmək olar.
Günün ikinci yarısında ciddi problemlər və çətinliklər olacaq. Yaranmış situasiyada ən xoşagəlməz məqam dşünülməmiş addımların atılması riskidir. Yanlışlıq sonradan ciddi fəsadlar və ən müxtəlif problemlər yarada bilər. Tələsməyin. Başqasının məsləhət və tövsiyələrinə inanaraq fikir yürütməyin. Özünüzü aldatmayın, mənasız illüziyalara qapılmayın.
Oxatan - günün ilk yarısı asan, uğurlu və xoş zamandır. Əhvalınız yaxşı olacaq. Özünüzü nikbin hiss edəcəksiniz. İndiyədək sizə çox çətin, müşkül, hətta mümkünsüz təsir bağışlayan işə başlaya bilərsiniz. Yeni maraqlar və istəklər yarana bilər. Potensialınızı ən effektiv şəkildə reallaşdırmağa çalışın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Planlarınızda məcburi dəyişikliklər ola bilər. Sevdiyiniz insanla fikir ayrılığı istisna deyil. Münasibətləri uzun müddətə korlayacaq problemlərin və sərinləşmənin yaranmasına imkan verməyin.
Oğlaq - bu günlə bağlı ciddi planlarınız varsa, aktiv və enerjili şəkildə çalışın. Məhsuldar olun, düzgün qərarlar verin. Hansı taktikanın effektiv olacağını müəyyənləşdirməyə çalışın. Yardım gərəkdirsə, etibar etdiyiniz insanlara üz tutun. Onlar sizi dəstəkləyəcəklər.
Günün ikinci yarısında kiçik anlaşılmazlıqlar ola bilər. Belə problemlərə görə qarşınıza qoyduğunuz məqsədlərə vaxtında çata bilməyəcəksiniz. Təyin edilmiş görüş, razılaşdırılmış anlaşma təxirə düşə bilər. Sözlərinə inandığınız insanlar vədlərindən imtina edə bilərlər. Axşam saatlarında problemlərinizlə baş-başa qalmayın.
Dolça - günün ilk yarısında yarımçıq işləri başa vurun. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq.
Günün ikinci yarısı o qədər də əlverişli zaman deyil. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna deyil. Yaxınlarınızdan birinin səhvi nəticəsində yaranmış problemlə üzləşəcəksiniz. Axşam saatlarına yaxın səfərə və ya səyahətə yollanmaq, ağır fiziki işlə məşğul olmaq məsləhət deyil.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Vaxta və qüvvəyə heyfiniz gəlməsin. Maliyyə və əmlakla bağlı məsələlərin həlli, sənədləşdirmə və hesabatların tərtibatı üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsinin aşağı düşməsi mümkündür. Səhhətinizdə kiçik problemlər olacaq. Baş ağrısı, ürək-damar sistemində fəsad yaşana bilər. Axşam saatlarında açıq havada çox vaxt keçirin, gəzintiyə çıxın.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır