Girov, xəsarət, təhdid və ya DƏDRX-nin vəzifəli şəxsi ilə əlbir oyun... - Biznesmen Tahir Əliyev və oğlu ilə bağlı sensasiyalı qalmaqal
09-08-2023 [19:32]
"Koroğlu” MMC və digər şirkətlərin təsisçisi və prezidenti olan Tahir Əliyevin oğlu Oruc Əliyev barəsində cinayət işi başlanıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Oruc Əliyev Cinayət Məcəlləsinin 145.2.5-ci (Qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
İddialara görə, Oruc Əliyev bu əməli atasına məxsus "Koroğlu” MMC, "Konfirom” MMC, T.O.M (Tikilməkdə Olan Müəssisə) və "NurRetail” MMC kimi şirkətlərdə tapşırıq müqaviləsi əsasında qanunla müəyyən olunmuş qaydada görülən işlərə nəzarət edən və direktor müavini vəzifəsində işləmiş Emin Babaşova qarşı törədib.
Qaynarinfo olayın təfərrüatlarını öyrənmək üçün Emin Babaşovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib.
Emin Babaşovun sözlərinə görə, 2021-ci ilin mart və aprel aylarında o, "Koroğlu” MMC və digər şirkətlərdəki işindən ayrılıb:
"Tahir Əliyev məndən qanunsuz addımlar atmağı tələb edirdi. Sənədləri saxtalaşdırmaq, saxta borc yaratmaq, onun qanunsuz əməllərini icra etməyən işçilərin üzərinə borc yazmaq, borcun məbləğini daha çox göstərmək, hətta onları rüşvətlə həbs etdirmək kimi tələblər irəli sürürdü. Mən bu addımları atmaqdan imtina etdim və öz ərizəmlə işdən ayrıldım”.
Emin Babaşovun sözlərinə görə, mart ayının 9-da Tahir Əliyevin oğlu Oruc Əliyev zəng edərək təhvil-təslim işləri ilə bağlı onu şirkətə çağırıb: "Oruc Əliyevin mənim işimə aiddiyatı olmadığına görə Tahir Əliyevlə əlaqə saxladım. O isə bildirdi ki, hazırda danışa bilmir və əlavə etdi ki, sən Orucun əmisi sayılırsan, gör nə deyir. Şirkətin ofisinə getdim. İnsan Resurları Şöbəsində Oruc Əliyevlə oturub hansı təhvil-təslimdən söhbət getdiyini soruşdum. İşlə bağlı təhvil-təslim olmalı idisə, bu Tahir Əliyevin iştirakı ilə olmalı idi. Çünki yuxarıda qeyd etdiyim kimi, Oruc Əliyevin bu işlərə heç bir aidiyyatı yoxdur. Bunu Oruc Əliyevin özünə də bildirdim. O, isə özbaşınalıq edərək qəfildən əlindəki kəsici alətlə mənim sağ əlimin üstünə xəsarət yetirdi. Otaqdan çıxmaq istədim, 30-35 dəqiqə otaqda qaldım, Oruc Əliyev qapını bağladığı üçün oradan öz iradəmlə çıxa bilmədim. Kənar şəxslərin köməyi ilə oradan ayrıldım”.
Emin Babaşov dərhal baş verənləri videoya çəkərək "WhatsApp” vasitəsilə Tahir Əliyevə göndərib və Oruc Əliyevin ondan üzr istəməsini tələb edib:
"Açığı Tahir Əliyevlə yaxın əlaqələrim olduğu üçün Oruc Əliyev barəsində hüquq-mühafizə orqanlarına müraciət etmədim. Dedim ki, etdiyi əmələ görə sadəcə üzrxahlıq etsin. Lakin bu baş vermədi”.
Emin Babaşov əlavə edib ki, əslində baş verənlər Tahir Əliyevin ona borclu olması ilə əlaqəlidir. Bildirib ki, şirkət rəhbərinin ona 237 115 manat borcu var. Tahir Əliyev bu borcu verməmək üçün oğlunun vasitəsilə belə bir oyun qurub.
"Mən borc məsələsi ilə bağlı məhkəməyə müraciət etmişəm. Bu borcu ödəməmək üçün Tahir Əliyev dolayı yollarla üzərimə hətta müəyyən adamlar da göndərib, mənə xəsarət də yetiriblər. Lakin onlar həqiqəti bildikdən sonra üzr istəyərək, etdikləri əməldən peşmançılıq hissi keçirib geri çəkiliblər”, deyə keçmiş direktor müavini vurğulayıb.
Emin Babaşovun sözlərinə görə, bunlar azmış kimi, onun xəbəri olmadan, adına olan daşınmaz əmlakların çıxarışları, DƏDRX-nin vəzifəli şəxsi tərəfindən Tahir Əliyevə təqdim edilib.
Keçmiş direktor müavini Tahir Əliyevin bu hərəkətlərindən sonra onun özü və oğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Əvvəlcə Oruc Əliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və o, saxlanılıb. "Tahir Əliyev bu məsələdən xəbər tutan kimi azadlığa buraxıldı. O, iş üzrə təqsirləndirilən şəxs olsa da, sonradan onu şahidə çeviriblər”, deyə Emin Babaşov bildirib.
O, işin obyektiv araşdırılmadığını görüb, daxili işlər naziri Vilayət Eyvazovun və Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olub. Üzləşdiyi qanunsuzluqlarla barədə məlumat verib. Bundan sonra iş nəzarətə götürülüb və cinayət işi 145.2.5-ci maddəyə tövsif olunub:
"İş hazırda Bakı şəhər Prokurorluğuna həvalə edilib. Dəfələrlə dedim ki, Oruc Əliyev üzr istəsin, bitirək bu məsələni. Amma Tahir Əliyev problemi daha da dərinləşdirmək xətti götürdü”.
Keçmiş direktor müavini Tahir Əliyevin ona qanunsuz taprşıqlar verməsinin sübutu kimi məhkəməyə səs yazıları təqdim edib. Həmin səs yazılarından aydın olur ki, şirkət prezidenti işçilərdən birinin əmək müqaviləsini saxtalaşdırmağı, hətta hüquq-mühafizə orqanlarına rüşvət verərək onu həbs etdirməyi tələb edir.
Məsələ ilə bağlı Tahir Əliyevin də fikirlərini öyrənməyə cəhd etdik. Lakin "Koroğlu” MMC-dən zənglərimizə cavab verən olmadı.
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır