Əmrə Mor ən azı bir ay meydandan kənarda qalacaq

img

09-08-2023 [09:47]


UEFA Konfrans Liqasında "Fənərbağça"nın "Zimbru" ilə matçında zədələnən Əmrə Morun durumu bəlli olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı futbolçunun ayağında sınıq aşkarlanıb.

Məlumata görə, ayağı gipsə qoyulan Əmrə Mor ən azı bir ay meydandan kənarda qalacaq.

Qeyd edək ki, 2022-23 mövsümündə "Fənərbağça"nın heyətində 41 matçda forma geyinən Emre Mor 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA