Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib: "O, süni tənəffüs aparatına qoşulub"

img

05-08-2023 [18:15]


Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Mia.az APA-ya istinadla xəbər verir ki, Respublika Mərkəzi Xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Burada əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA