Partiyalarla bağı daha bir qərar verildi - Detallar

img

05-08-2023 [11:14]


Nazirlər Kabineti “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi 16 noyabr 2012-ci il tarixli qərarı ləğv olunub.

Yenilənmiş qayda “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq hazırlanıb, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” qanuna və Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.

Bu Qaydada istifadə olunan anlayışlar Mülki Məcəllədə, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” qanunlarda, eləcə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:59 17.08.2025

QHT sədri vəfat edib