Evlilik proqramına qatılan qız 8 ilə belə dəyişdi: "Ya patron arvadı, ya da özüm patron olmaq istəyirəm" - FOTOLAR

img

04-08-2023 [14:00]


2015-ci ildə YouTube-da yayımlanan "Qismetse Olur Sevginin Gücü" yarışmasının davranış və xarici görkəmi ilə yadda qalan tibb bacısı Yaren Dağ özünü estetik əməliyyatlarla tanınmaz hala salıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bir vaxtlar yöndəmsiz bədən quruluşuna malik olan Dağ hazırda modellik edir.

Onun "İnstagram"da paylaşdığı son fotoları isə izləycilərini heyrətə düşürüb.

8 il içində tamamilə dəyişən Yaren Dağ estetik əməliyyatlarla tamam başqa insana çevrilib.

O, yeni fotolarını belə təqdimatla paylaşıb: "Gəncliyimdən bəri işlədiyim üçün daha işləmək istəmirəm. Ya patron arvadı, ya da özüm patron olmaq istəyirəm".

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq