Konfrans Liqası: "Sabah" və  "Neftçi" növbəti mərhələyə yüksəldi, "Qəbələ" isə uduzdu (Yenilənib)

img

03-08-2023 [23:04]


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” 2-2 hesablı oyunun revanşında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını Bakıda qəbul edib.

Mia.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda saat 21.00-da başlayan oyunda ilk hissə davam edir.

"Neftçı" 20-ci dəqiqıdə hesabı açıb.

68-ci dəqiqədə Bakı komandası daha bir qol vurub- 2:0.

Beləliklə, oyun bu hesabla başa çatıb və "Neftçı" də növbəti mərhələyə yüksəlib.

***

"Qəbələ" isə Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Kiprdə "Omoniya" ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, komandamız Qəbələdə 3-2 hesablı məğlubiyyətin revanşında Bakı vaxtı ilə saat 21:00-da Kiprdə meydana çıxıb.

Oyunun 5-ci dəqiqəsində ev sahibləri hesabı açıb - 1:0.

"Omoniya" 29 və 39-cu dəqiqələrdə "Qəbələ"ni yenə oyuna mərkəzdən başlamağa məcbur edib - 3:0.

56-cı dəqiqədə "Qəbələ" bu qollardan birinin əvəzini çıxıb - 3:1.

Ancaq cəmi 3 dəqiqə sonra ev sahibi daha bir qola imza atıb - 4:1.

Oyun bu hesabla bitib və "Qəbələ" tura vida edib.

***

Konfrans Liqasında digər komandamız "Sabah" isə 2-0 qalib gəldiyi ilk oyunun cavabında Bakıda Latviyanın RFŞ komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 20:00-da start götürən matçın 67-ci dəqiqəsində RFŞ hesabı açıb - 0:1.

Komandamızdan Mikels 77-ci dəqiqədə hesaba tarazlıq gətirib - 1:1.

90+4-cü dəqiqədə "Sabah" daha bir qol vurub - 2:1.

Bu qolla 2-1 qələbə qazanan "Sabah" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu oyunda qonaq komandanın oyunçusu 34-cü dəqiqədə ikinci sarı kartla meydandan qovulub.

Xatırladaq ki,  "Sabah" III təsnifat mərhələsində Serbiyanın "Partizan" komandası ilə qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA