Avropa çempionatı: Azərbaycan millisinin Serbiya ilə bu stadionda oynayacaq

img

03-08-2023 [15:07]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Miaa.z AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma səfər matçına sentyabrın 12-də çıxacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində oynanılacaq qrupun ilk qarşılaşmasının başlama saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA