Məktəbli formaları ilə bağlı valideynlərə müraciət olundu

img

03-08-2023 [11:14]


"Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur".

Mia.az Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Nazirlikdən bildirilib ki, valideynlər övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilər: "Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:59 17.08.2025

QHT sədri vəfat edib