Çempionlar Liqası: "Qarabağ" bu gün həlledici "döyüş"ə çıxır

img

02-08-2023 [08:13]


Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin  revanşında "Qarabağ" Bakı Olimpiya Stadionunda  Polşanın "Rakuv" komandası ilə qarşılaşacaq.

Mia.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Polşadakı ilk oyunda qapçı Şahruddinin kobud səhvi ilə komandamız 3:2 hesabı ilə uduzub.

Onu da qeyd edək ki, əgər "Qarabağ" bu oyunda qalb gələrsə, növbəti turda Kiprin "Aris" komandası ilə "döyüşəcək". Yox, əgər uduzarsa, o zaman Avropa Liqasından HİK (Finlandiya) / “Molde" (Norveç) oyununun məğlubu ilə qarşılaşacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA