“Zirə” 32 yaşlı futbolçu aldı

img

01-08-2023 [18:02]


“Zirə” İsrail komandasında oyanayan futbolçu alıb.

Klubdan verilən məlumata görə, adı çəkilən ölkənin “Ness Ziona” klubunun mərkəz müdafiəçisi Stefan Aka Premyer Liqa təmsilçisi ilə anlaşıb.

32 yaşlı arxa xətt oyunçusu yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Fil Dişi Sahilidən olan Stefan Aka karyerası ərzində İtaliyanın “Leqano Salus”, “Belluno”, Rumıniyanın “Unversitatya Krayova 1948”, “Unversitatya Krayova”, Türkiyənin “'Ərzurumspor”, İsrailin “Kiryat Şimona”, “Ness Ziona” klublarının şərəfini qoruyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA