Türkiyəli müğənni yunan sevgilisi ilə adada - FOTOLAR

img

01-08-2023 [09:49]


Türkiyəli müğənni Demet Özdemir yunan DJ Sergio ilə evliliyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən ilin avqustunda Oğuzhan Koçla ailə quran və bu ilin may ayında boşanan Demet Özdemir çox sürətli şəkildə boşandığı kimi, yunan  DJ Sergio ilə də çox sürətli "isti münasibət" yaradıb.

Məlumata  görə, hazırda Yunanıstanda adada birgə dincələn cütlük "İnstagram"dakı səhifələrində yeni fotolarını yayıblar.

Fotoları xeyli bəyənənlərlə yanaşı, türk müğənniyə "replika" atanlar da az olmayıb.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR