SƏXAVƏT TAĞLAR PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLDÜ

img

31-07-2023 [22:59]


Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB üzvü Səxavət Tağlar ədəbi və pedaqoji fəaliyyəti həmişə qoşa aparır.

Mia.az xəbər verir ki, bu il yazıçı və şairlərə verilən Prezident təqaüdünə o da layiq görülüb.

Qeyd edək ki, təqaüd proqramı 50 nəfər yaşlı və 20 nəfər gənc ədibi əhatə edir.

Səxavət Tağlar "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Şərqin Bülbülü" və "Bir nəslin dörd fəsli" adlı ədəbi-bədii kitabların, eləcə də "Məktəbdə pedaqoji fəaliyyətin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifidir.

Yaradıcılığı "Rəsul Rza mükafatı"na, "Vətənpərvərlik işinə görə" və "Turan Birliyi" medallarına layiq görülüb.

Tanınmış və sevilən yazıçı-pedaqoqu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməsi münasibətilə təbrik edirik!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA