Bu abituriyentlər qabiliyyət imtahanı verəcək

img

31-07-2023 [15:46]


Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 25-30 iyul tarixlərində aparılıb və bu müddət ərzində 324 nəfər qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, memarlıq ixtisası üzrə qabiliyyət imtahanı avqustun 4-5-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində keçiriləcək.

İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Xatırladaq ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2023-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA