“Fənərbağça” daha iki məşhur futbolçu ilə anlaşdı - Açıqlama

img

31-07-2023 [11:41]


"Fənərbağça" daha iki futbolçu ilə müavilə bağlayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Fənərbağça” Miha Zajc və Mert Müldürün transferlərini tamamlamaq üçün onları İstanbula dəvət edib.

Məlumata görə, 2018-19 mövsümündə heyətində çıxış edən sloveniyalı yarımmüdafiəçi Zayc ilə klub arasında yenidən 3 illik yeni müqavilə üçün razılıq əldə olunub.

Onunla yanaşı, İtaliyanın “Sassuolo” komandasında çıxış edən Türkiyə millisinin futbolçusu Mert Müldürlə də anlaşma təmin olunub.

Bu barədəklub açıqlama yayaraq, xəbərlərri təsdiqləyib. Bildirilib ki, hər iki futbolçu müqavilə imzanlamaq üçün İstanbula dəvət olunub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA