DSX-nin əsgəri qəfil vəfat edib

img

30-07-2023 [22:03]


İyul ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yaıb.

Bildirilib ki, dərhal yerindəcə ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:59 17.08.2025

QHT sədri vəfat edib